Ümumdünya Şəhərsalma Forumunun 13 Sessiyasının (WUF13) ikinci günü Latın Amerikası və Karib hövzəsinin Mənzil və Şəhərsalma üzrə Nazirlər və Yüksək Səviyyəli Orqanlar Forumunun (MINURVI) sessiyası təşkil olunub.
“İki sahil” xəbər verir ki, MINURVI-nin WUF13 çərçivəsində baş tutan rəsmi iş sessiyası təşkilata sədrlik edən Uruqvayın təşəbbüsü ilə keçirilir.
Qeyd edilməlidir ki, MINURVI region üzrə davamlı şəhər inkişafı, mənzil və məskunlaşma siyasətlərinin əlaqələndirilməsi üçün əsas hökumətlərarası qurumdur. Bu forum 1992-ci ildə Latın Amerikası və Karib hövzəsi ölkələri arasında regional əməkdaşlığı və siyasət mübadiləsini təşviq etmək məqsədilə yaradılıb.