Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun balıq festivalında geyindiyi plaş sosial şəbəkədə müzakirələrə səbəb olub.
“İki sahil” xəbər verir ki, icra başçısının üst geyiminin “Hugo Boss Burberry” brendinə məxsus olduğu qeyd olunub.
İddiaya görə, geyimin qiyməti təxminən 26 min AZN civarındadır.
Mirhəsən Seyidov yayılan xəbərlərə belə aydınlıq gətirib:
“Birincisi, “Hugo Boss Burberry” adlı marka olduğunu ilk dəfədir eşidirəm. İkincisi, bu plaşı üç il bundan qabaq 350 manata almışam. Digər tərəfdən isə bunu yayan yoldaşları rayonumuza dəvət etmək istəyirəm ki, gəlib Neftçalada artan iqtisadi gücü, zəhmətkeşlərimizi işıqlandırsınlar”.
Video: Kürçaylı Məmmədov
WUF13 çərçivəsində Liderlər Sammitinə ev sahibliyi etmək Bakı üçün böyük şərəfdir - Anar Quliyev
Zəngilana yeni köç etmiş sakinlərin də məşğulluğunun təminatı ilə bağlı işlər aparılır
WUF13 təcrübələrin paylaşılması üçün gözəl fürsətdir - Mavriki Respublikasının Prezidenti