Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin nümunəsində EBSCO Discovery xidmətlərinin (EDS) resurslarından istifadə ilə bağlı informasiya bacarıqlarının inkişafına yönəlmiş təlim keçirilib.BANM-in müəllim və yuxarı kurs tələbələri üçün nəzərdə tutulmuş təlimi EBSCO Information Service (Praqa, Çexiya Respublikası) şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova, Rusiya və MDB ölkələrində təlimlər üzrə mütəxəssisi Tamila Mirkamalova keçiblər. Təlim çərçivəsində EDS bazasında BANM və Heriot-Vatt Universitetinin tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilmiş, dinləyicilərə BANM-in EBSCO Discovery Xidməti vasitəsi ilə ictimaiyyətə açıq olan 3.400-dən artıq elektron kitabdan ibarət yeni kitabxana kolleksiyası təqdim edilmişdir. İrina Kreysarova bildirmişdir ki, BANM-in kitabxanasında innovasiya texnologiyalarından fəal istifadə olunur. Eyni zamanda məktəbin təcrübəli müəllimləri yeni bilikləri və ən qabaqcıl metodikaları öyrənməyə hazırdırlar. Etiraf edim ki, heç də hər zaman akademik mühitdə bu dərəcədə maraq göstərən və diqqətli auditoriyaya rast gəlmək olmur”.
Qeyd edək ki, EBSCO Information Services kitabxanaları elektron resurslarla təchiz edən aparıcı şirkətlərdəndir. EBSCO Discovery Service şirkətinin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri üçün istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq edilir.