SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələri Böyük Britaniyanın Confidence Capital şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Dənizdə və quruda neft dağılmaları: Neft və qaz sektorunda sənaye təhlükəsizliyi” mövzusunda IV praktiki konfransda iştirak etmişlər.Azərbaycan, Türkiyə, Rusiya, Belarusiya, Qazaxıstan, Böyük Britaniya, Almaniya və Norveçin ekologiya, gəmiçilik, neft-qaz, neft-kimya, texniki xidmət və elmi-tədqiqat sahələrini təmsil edən dövlət və özəl sektorun 100-ə yaxın əməkdaşı və media nümayəndələri konfransda iştirak etmişlər. Tədbirdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən ekoloji maarifləndirmə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi mövzularında təşkil olunan kurslara dair təqdimat nümayiş etdirilmiş, İdarə rəisi Fuad Süleymanovun məruzəsi dinlənilmişdir. Konfransda TTSİ-nin təlim mərkəzlərinin potensialı və mövcud imkanları barədə dinləyicilərin sualları cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.