31 dekabr 2025 14:54
71

3 çoban qar uçqunu altında qalıb

Türkiyənin Artvin vilayətində 3 çoban qar uçqunu altında qalıb.

“İki sahil” xəbər verir ki,  bu barədə NTV məlumat yayıb. Bildirilib ki, hadisə Artvinin Ardanuç rayonuna bağlı Zəkəriyyə kəndində baş verib.

Çobanlar xırdabuynuzlu sürüləri ilə birlikdə qar uçqunu altında qalıblar. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.