01 yanvar 2026 13:39
45

Türkiyənin 31 əyalətində sarı xəbərdarlıq verilib

Türkiyənin 81 əyalətindən 31-də güclü yağışlar, qar və buzlu hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, ölkə daxilində temperatur yanvarın 14-dək normadan 10 dərəcə aşağı düşəcək. Anadolunun bir sıra bölgələrində təhsil prosesi dayandırılıb. Yüzlərlə yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

Milli aviadaşıyıcı olan Türk Hava Yolları yanvarın 1-nə planlaşdırılan 50, Ajet şirkəti isə 64 reysi ləğv edib. Qeyri-adi soyuq hava şəraiti qeyd olunan bir neçə əyalətdə vətəndaşlara mütləq zərurət olmadığı təqdirdə çölə çıxmamaqla bağlı çağırış olunub.

Ölkə üzrə fövqəladə xidmətlər gücləndirilmiş iş rejimində çalışır.