01 yanvar 2026 14:32
84

Netanyahu Tramp ilə birlikdə Yeni il gecəsi məclisində olub

İsrailin Baş nazir Benyamin Netanyahu və həyat yoldaşı Sara ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Floridanın Vest Palm Biç şəhərində yerləşən dəbdəbəli Mar-a-Laqo kurortunda keçirilən Yeni il gecəsi məclisində görüntüləniblər.

“İki sahil” xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb. Məlumata görə, Tramp həftənin əvvəlində Netanyahunun tədbirdə iştirak edəcəyini bildirmişdi.

Qeyd edək ki, bu həftə baş tutan danışıqlar Trampın bu il hakimiyyətə qayıdışından sonra ABŞ-da Netanyahu ilə keçirilən beşinci görüş olub.