01 yanvar 2026 19:51
105

Myanmada güclü zəlzələ baş verdi

Myanmada Mandalay şəhərindən təxminən 100 km şimalda 5.9 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Tailand Meteorologiya Departamenti məlumat yayıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Mandalaydan cənubda daha zəif yeraltı təkanlar qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.