25 noyabr 2016 19:52
421

SOCAR LNG konsorsiumunda 26 faiz iştirak payı əldə edib

SOCAR Fransanın “Total” neft-qaz şirkəti operatoru olduğu “Ivory Coast” mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) konsorsiumunda 26 faiz iştirak payı əldə edib.

AZƏRTAC “Total”a istinadla xəbər verir ki, konsorsium Fil Dişi Sahilində illik gücü 3 milyon ton olan mayeləşdirilmiş təbii qaz terminalında yenidən qazlaşdırmanın həyata keçirilməsi üçün tikinti və istismar məqsədilə yaradılıb.