25 noyabr 2016 21:12
573

BANM-də “BP yay təcrübəsi-2017” təqdim olundu

Bakı Ali Neft Məktəbində “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova, işə qəbul üzrə koordinator Səbinə Vəliyeva və qazma mühəndisi Fərid Hüseynov şirkətin yay təcrübəsi proqramı haqqında tələbələrə məlumat vermiş, müraciət qaydaları, seçim prosesi və təcrübə haqqında təqdimat keçirmişlər. Qeyd olunmuşdur ki, artıq üç ildir ki, BP şirkəti BANM-in tələbələri üçün belə imkanlar yaradır. Ötən illərdə proqramın iştirakçısı olmuş BANM-in tələbələri - Elşən Mikayılov, Əhməd Kələntərli və Ümid Tərlanlı BP-də qazandıqları təcrübə haqqında təqdimatla çıxış etmişlər. Sonda tələbələrin sualları cavablandırılmışdır. 

BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar. Təcrübə zamanı tələbələr BP-nin mühəndislik standartları, istehsalat zamanı təhlükəsizlik və etika qaydaları ilə yaxından tanış olacaq, zəngin iş təcrübəsi əldə edəcəklər.