Britaniyalı aktyor Kallum Törner dostlarına yeni Ceyms Bond filmi üçün baş rola təsdiqləndiyini deyib.
“İki sahil” xəbər verir ki, bu barədə Daily Mail nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, aktyorun nişanlısı, məşhur müğənni Dua Lipa filmin saundtrekini ifa edə bilər. Nəşr qeyd edir ki, bu seçim layihəyə əlavə diqqət cəlb edə və yeni Bond filminin musiqi xəttini daha da gücləndirə bilər.
Rəsmi təsdiq hələ verilməsə də, yayılan məlumatlar yeni Ceyms Bond filminin aktyor heyəti və yaradıcı istiqaməti ilə bağlı marağı artırıb.