06 yanvar 2026 19:53
183

Ukraynaya dəstəklə bağlı fikir ayrılıqları dərinləşir

Ukraynaya göstəriləcək dəstəyin həcmi məsələsində “istəklilər koalisiyası” daxilində fikir ayrılıqları daha da kəskinləşir.

“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Məqalədə bildirilir ki, Şimali Avropa və Baltik ölkələri Fransanı və Almaniyanı Ukraynaya kifayət qədər dəstək verməməkdə ittiham edirlər. Nəşr vurğulayır ki, Avropa hazırkı mərhələdə ABŞ-ın dəstəyindən imtinanı kompensasiya etmək gücündə deyil.

Qəzet daha əvvəl yazmışdı ki, Avropa İttifaqının Kiyevə 90 milyard avro məbləğində kredit ayrılması təşəbbüsü Fransanın borc problemlərini daha da ağırlaşdıra bilər.