06 yanvar 2026 19:58
182

Tramp ABŞ-ın silah istehsalını sürətləndiriləcəyini vəd edib

ABŞ prezidenti Donald Tramp ölkədə silah istehsalının sürətləndiriləcəyini bəyan edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bu barədə respublikaçı qanunvericilər qarşısında çıxışı zamanı danışıb.

“Problem ondadır ki, biz onu kifayət qədər tez istehsal etmirik. Biz xeyli daha sürətlə istehsal etməyə başlayacağıq”, - deyə Tramp vurğulayıb.

Çıxışı zamanı Tramp həmçinin Venesuelaya edilən hücum nəticəsində insanların həlak olması ilə bağlı təəssüf hissi keçirdiyini bildirib.