8 yanvar 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR ilə “TotalEnergies” şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti, o cümlədən “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.
Tərəflər enerji sahəsində Azərbaycanda və ölkə xaricində mümkün əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
ABŞ Ticarət Palatası Prezident İlham Əliyevi biznes icması ilə görüş üçün Vaşinqtona dəvət edib