İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqlar baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, tərəflər İranda davam edən etiraz aksiyalarını və yaxın günlərdə şəxsi görüşün keçirilməsi imkanını müzakirə ediblər. Məqalədə qeyd olunur ki, Əraqçi və Uitkoff yaxın vaxtlarda üz-üzə görüşün təşkili perspektivini nəzərdən keçiriblər.
Xatırladaq ki, bundan əvvəl Abbas Əraqçi ölkədə baş verən iğtişaşlarda ABŞ və İsrailin iştirakına dair sübutların mövcud olduğunu bəyan etmişdi.
Tehran hakimiyyəti isə etirazlar zamanı iştirakçılar tərəfindən bankların və məscidlərin kütləvi şəkildə dağıdıldığını bildirib.
Böyük Britaniyada güclü fırtına nəqliyyatın hərəkətini pozub, kütləvi tədbirlər ləğv edilib
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib