12 yanvar 2026 23:23
84

63 yaşlı qadını maşın vurub

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Belə ki, yolu keçən 1963-cü il təvəllüdlü Təhməzova Mənzər Həsən qızını avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.