Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması 19 may tarixindən müvəqqəti dayandırılır.
“İki sahil” xəbər verir ki, bunu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Sözügedən tarixdən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq.
Bununla yanaşı, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.
Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib, müxtəlif sosial obyektlər inşa edilib
19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb