15 yanvar 2026 07:18
77

ABŞ aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə yönləndirib

ABŞ Cənubi Çin dənizindən Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupu göndərib.

"“İki sahil” xəbər verir ki, bu barədə "NewsNation" telekanalının müxbiri Kelli Meyer məlumat verib.

"Mənbə məlumatlandırıb ki, ABŞ Cənubi Çin dənizindən Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının məsuliyyət zonasına (bura Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrika daxildir – red.) aviadaşıyıcı zərbə qrupu göndərir", - deyə o, "X" sosial şəbəkəsində yazıb.

Qeyd olunub ki, bu qüvvələr təxminən bir həftə ərzində Yaxın Şərqə çatacaq.