28 noyabr 2016 22:26
256

Qaliblər Almaniya və Gürcüstanda

“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Almaniya və Gürcüstanda olmuşlar

“SOCAR Yay Məktəbi-2016” layihəsində 1-ci yeri tutan komanda SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarının müşaiyəti ilə noyabrın 21-dən 27-ə kimi Almaniyada, 2-ci yeri tutan komanda Türkiyədə olmuş, 3-cü yeri tutan komanda isə noyabrın 20-dən 26-dək Gürcüstana səfər etmişdir.Almaniyada olan layihə qalibləri “Uniper” şirkətinin Düsseldorf və Gelzenkirxen şəhərlərindəki ofislərinə, həmçinin Dattelndəki elektrik stansiyasına ekskursiya edərək, şirkətin enerji təchizatı sahəsindəki fəaliyyət sahələri ilə yaxından tanış olmuşlar. Düsseldorfdakı baş ofisdə onlara SOCAR ilə əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verilmişdir. 

Gürcüstanda “SOCAR Energy Georgia”nın qonağı olan yay məktəbi məzunları şirkətin Tbilisi şəhərində yerləşən baş ofisinə, Rustavidəki “SOCAR Georgia Petroleum” Kompleksinə, Poti şəhərindəki Kulevi neft terminalına səfər edərək, SOCAR-ın Gürcüstandakı fəaliyyəti ilə yaxından tanış olmuşlar. 

Səyahət-ekskursiyanın həm öyrəndikləri bilik və bacarıq, həm də dünyagörüşü baxımından faydalı olduğunu qeyd edən səfər iştirakçıları bu şəraiti yaratdığına görə SOCAR rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.