Türkiyə bu il NATO-nun gücləndirilmiş hava patrulu missiyası çərçivəsində Estoniya və Rumıniyada qırıcı təyyarələr yerləşdirməyi planlaşdırır.
“İki sahil” "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkə 2026-cı ilin avqust ayından noyabr ayına qədər Estoniyada dörd aylıq ezamiyyət planlaşdırır, bunun ardınca 2026-cı ilin dekabr ayından 2027-ci ilin mart ayına qədər Rumıniyada daha bir rotasiya həyata keçiriləcək.
Bütün bunlar Rusiyanın müttəfiqlərin hava məkanını pozması səbəbindən NATO-nun hava hücumundan müdafiə sisteminin gücləndirilməsi fonunda baş verir.
Bundan başqa, Türkiyə bu ilin iyul ayında NATO-nun növbəti sammitinə ev sahibliyi edəcək.