16 yanvar 2026 11:56
100

Ukrayna ərazi güzəştlərinə GEDƏ BİLƏR - İDDİA

Ukrayna rəhbəri Vladimir Zelenski Avropa İttifaqına inteqrasiya ilə bağlı təminatlar əldə edəcəyi təqdirdə dövlət sərhədləri məsələsində kompromisə getməyə hazır ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa Komissiyasındakı rəsmilər hesab edirlər ki, Aİ-yə üzvlük Kiyev üçün informasiya gündəmini dəyişmək və ictimai diqqəti hərbi itkilərdən siyasi nailiyyətlərə yönəltmək baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə qeyd olunur ki, Zelenski ərazilərin Rusiyanın nəzarətinə verilməsinə yalnız o halda razılıq verə bilər ki, Avropa İttifaqına inteqrasiyanı tarixi uğur və bütün münaqişənin “müsbət nəticəsi” kimi təqdim etsin.

Bu kontekstdə Aİ-yə üzvlük Ukrayna cəmiyyətinin gözündə mümkün sülh sazişini legitimləşdirməyin yeganə yolu kimi dəyərləndirilir.