16 yanvar 2026 12:10
87

Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi idxalını TAM DAYANDIRIB

Çinə Rusiyadan elektrik enerjisinin tədarükü 2026-cı il yanvarın 1-dən etibarən tamamilə dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, tədarüklər əvvəlcə mərhələli şəkildə azaldılıb, daha sonra isə tamamilə dayandırılıb. Buna səbəb Rusiyadan idxal olunan elektrik enerjisinin qiymətlərinin ilk dəfə olaraq Çin daxilindəki daxili qiymətləri üstələməsi olub. Nəticədə idxal iqtisadi baxımdan sərfəli olmayıb.

Rusiya Energetika Nazirliyində isə bildiriblər ki, Pekindən müvafiq sorğu daxil olduğu və hər iki tərəf üçün əlverişli şərtlər razılaşdırıldığı halda Çinə elektrik enerjisi tədarükü yenidən bərpa oluna bilər.