ABŞ və Danimarka arasında gərginliyin azaldılması üçün addımların atılması vacibdir.
“İki sahil”in "ABC News" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ nümayəndə heyətinin rəhbəri demokrat-senator Kris Kuns Kopenhagendə mətbuat konfransında bildirib.
ABŞ qanunvericilərindən ibarət qrup hazırda Qrenlandiya ətrafında gərginliyi azaltmaq məqsədilə Danimarkada səfərdədir.
"ABŞ üçün Danimarkadan daha yaxşı müttəfiq, demək olar ki, yoxdur. Əgər biz danimarkalıların NATO müttəfiqi kimi etibarlılığımıza şübhə edəcəyi bir şey ediriksə, onda hər hansı başqa bir ölkə niyə bizim müttəfiqimiz olmağa can atmalı və ya bəyanatlarımıza inanmalıdır?", - o bildirib.
K.Kuns Danimarka və ABŞ arasında vəziyyətin gərginliyinin azaldılmasına töhfə vermək istəyini ifadə edib:
"Hazırda Qrenlandiya üçün təhlükəsizlik sahəsində təhdid yoxdur".