Parisdə keçirilən təlim zamanı təlimatçının qapalı məkanda tüstü qumbarasından istifadə etməsindən sonra ən azı iki Paris polisi xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Hadisə yanvarın 9-da baş verib. Məlumata görə, təlimatçı tabeliyində olan polis əməkdaşlarının stress şəraitində performansını yoxlamaq məqsədilə onları çaşdırmaq istəyib. Lakin o, istifadə edilən tüstü qumbarasının karbon qazı buraxdığını və bu cür vasitələrin qapalı məkanlarda istifadəsinə ciddi məhdudiyyətlər olduğunu nəzərə almayıb. Nəticədə, ən azı beş nəfər ciddi zəhərlənmə alıb.
Nəşrin məlumatına görə, hadisədən sonra polis əməkdaşlarından biri qan öskürüb və dərhal xəstəxanaya aparılıb. Təlimdən əvvəl səhhətində yüngül problemlər olan digər bir polis isə bir neçə gün sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri Fransa Milli Polisinin Baş Müfəttişliyi tərəfindən araşdırılır.
Ukraynanın Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub