Qazaxıstanda özəl məktəblərin fəaliyyətinə dair tələblər dəyişdirilir.
“İki sahil” Qazaxıstanın Maarif Nazirliyinə istinadla xəbər verir ki, bundan sonra özəl məktəblər yalnız real tələbat olan regionlarda açılacaq.
Bildirilir ki, özəl məktəblərin açılması üçün lisenziyalar yalnız üçnövbəli məktəblərin, qəzalı vəziyyətdə olan təhsil müəssisələrinin əvəzlənməsi zərurəti yarandığı hallarda, eləcə də dövlət məktəblərinin çatışmadığı regionlarda veriləcək.
Eyni zamanda, mövcud qanunvericilik çərçivəsində özəl məktəblərin təsisçilərinə dair tələblərin gücləndirilməsi planlaşdırılır. Onlar təhsilin keyfiyyətinə, pedaqoqların ixtisas səviyyəsinə və şagirdlərin təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət daşıyacaqlar.
Bundan əlavə, özəl məktəblərin direktorlarının təyin olunması qaydasının dəyişdirilməsi nəzərdə tutulur. Gələcəkdə bu qərarlar yalnız təsisçilərin mülahizəsi ilə deyil, bu sahə üzrə nazirlik və yerli icra orqanları ilə razılaşdırılmaqla qəbul ediləcək.
Məlumata görə, hazırda 785 özəl məktəbin sənədləri rəqəmsallaşdırılıb. Ölkədə ümumilikdə 890 lisenziyalı özəl məktəb fəaliyyət göstərir.
Ukraynanın Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub