Fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Niderland və Finlandiyanın ABŞ-a göndərdiyi bütün məhsullara 10 faiz tarif tətbiq ediləcək.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O, bu rəqəmin iyunun 1-dən etibarən 25 faizə qaldırılacağını deyib. Tramp əlavə edib ki, dünya sülhü təhlükədədir və bu tarif Qrenlandiyanın tam satınalma sazişi imzalanana qədər qüvvədə olacaq.