Ermənistan hakimiyyəti Azərbaycana edilən güzəştləri davamlı şəkildə “sülh yolu” kimi təqdim etməyə çalışır, lakin reallıq getdikcə bu formulla kəskin ziddiyyət təşkil edir.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sülh” adı altında məcburiyyət: kimi aldatmağa çalışırlar?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, İrəvan razılaşmalar və kommunikasiyaların açılmasından danışdığı bir vaxtda, Bakı açıq şəkildə beynəlxalq münasibətlərdə güc amilinin üstün olduğunu bəyan edir və bu məntiq çərçivəsində ardıcıl olaraq hərbi büdcəsini artırır. Eyni zamanda Ermənistan müdafiə xərclərini azaldır və bununla da hərbi-siyasi balanssızlığı daha da dərinləşdirir.
“Bu fonda Bakıda Ermənistanda azərbaycanlıların yenidən məskunlaşdırılması mövzusu da fəal şəkildə dövriyyəyə buraxılıb və bu, gələcək razılaşmaların bir hissəsi kimi təqdim olunur. Ermənistanda isə bu müzakirələr sülh addımı kimi deyil, uzunmüddətli təzyiq və nüfuzetmə strategiyasının tərkib hissəsi kimi qəbul edilir” - deyə nəşr bildirib.
Avropalı liderlər Trampın addımlarını QRUP ÇATINDA MÜZAKİRƏ EDİRLƏR - "Politico"
Cənubi Koreya və İtaliya yüksək texnologiyalı sahələrdə əməkdaşlığı genişləndirəcək