29 noyabr 2016 20:44
1483

Ekologiya İdarəsi təqdimat keçirilib

SOCAR-ın Ekogiya İdarəsinin Ekoloji Monitorinq Departamentində N.Nərimanov adına NQÇİ-nin “Bulla Dəniz” və “8 Mart” yataqlarında son 5 ildə ekoloji parametrlərin dəyişilməsi dinamikası haqqında təqdimat keçirilmişdir.Departamentin mütəxəssisləri əvvəlcə “Bulla Dəniz” və “8 Mart” yataqlarında monitorinqlərin keçirilmə metodikası barədə məlumat vermis, yataqların ərazisində dəniz suyunda oksigenin miqdarı, temperatur, duzluluq, elektrik keçiriciliyinin göstəricilərinin tədqiq olunan ərazi üçün səciyyəvi olduğu qeyd edilmişdir. Dəniz suyunda neft karbohidrogenlərinin, fenolların, metal ionlarının, biogen elementlərin kimyəvi parametrləri illər ərzində dəyişmişdir. Bildirilmişdir ki, neft və neft məhsulları dənizin canlı orqanizmlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar olaraq dənizin müxtəlif rayonlarında əmələ gələn şəraitin təhlili məqsədilə dib faunasının çoxillik dəyişməsinin təfərrüatlı tədqiqi mühüm əhəmiyyət kəsb edir. Ötən illər ərzində “Bulla Dəniz” və “8 Mart” yataqlarında ümumilikdə Xəzər üzrə dib faunası miqdarının və biokütləsinin birgə artımı müşahidə olunur. Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılmış, nəticələr müzakirə edilmişdir. Müzakirələrin sonunda Ekologiya İdarəsinin rəisi Azər Əliyev çıxış edərək irad və təkliflərini bildirmiş, bu istiqamətdə elmi əsaslarla işlərin davam etdirilməsini tapşırmışdır.