19 yanvar 2026 19:42
60

20 nəfərdən 7-si yolda ölüb

Kabildə baş verən partlayış nəticəsində 7 nəfər ölüb.

“İki sahil” “Reuters“ə istinadən xəbər verir ki, partlayış Əfqanıstan paytaxtındakı otellərdən birində baş verib. Hadisə zamanı 4 qadın və bir uşaq da xəsarət alıb. Məlumata görə, xəstəxanaya aparılan 20 nəfərdən 7-si yolda ölüb.

Qeyd edək ki, partlayış səfirliklər, iri ticarət obyektlərinin yerləşdiyi Şəhre Nav adlı ərazidə baş verib. Həmin ərazi Kabildə ən təhlükəsiz yerlərdən biri sayılır.