Kəraçidəki ticarət mərkəzində yanğında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

19 yanvar 2026 20:05
162

Kəraçinin ən böyük ticarət mərkəzi olan "Gul Plaza"da baş verən yanğın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" xilasetmə xidmətlərinə istinadən məlumat yayıb. Məlumata görə, 60-dan çox insan itkin düşmüş hesab olunur.

Şənbə günü gecə başlayan yanğın, şəhərdə son on ildəki ən böyük yanğın olub. "Gul Plaza" - təxminən 1200 mağazanın yerləşdiyi, futbol meydançasından böyük sahəsi olan çoxmərtəbəli kompleksdir. Yanğın 24 saatdan çox davam edib.

Hazırda xilasedicilər dağıntıların təmizlənməsini və axtarış işlərini davam etdirir, eyni zamanda ölənlərin dəqiq sayını və yanğının səbəblərini müəyyənləşdirirlər.