20 yanvar 2026 15:49
95

BMT Baş katibi Davos səfərini ləğv edib

BMT-nin Baş katibi Antonio Quterriş İsveçrəyə səfərini ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi BMT nümayəndəsi Rolando Qomesə istinadla bildirir.

Onun Davosda Dünya İqtisadi Forumunda (DİF) iştirakı planlaşdırılırdı.

"Səfər sabaha planlaşdırılmışdı, lakin o, bərk soyuqlayıb", - Qomes qeyd edib.

Qeyd edək ki, DİF-in 56-cı sessiyası Davosda 19-23 yanvar tarixlərində keçirilir.