Yaponiyanın Kumamoto prefekturasındakı Aso dağı üzərində uçuş edərkən radarlardan itən ekskursiya helikopterinə aid olduğu güman edilən qalıqların yeri müəyyən edilib.
“İki sahil” Yaponiya mediasına istinadla xəbər verir ki, göyərtəsində pilot və 2 turistin olduğu R44 helikopteri səhər saatlarında radarlardan itib. Axtarış işlərinin gedişində helikopterin qalıqları təxminən 4 saat sonra aşkarlansa da, pilot və sərnişinlər hələ də tapılmayıb.
Ekskursiya şirkətindən verilən məlumata görə, həmin helikopter radarlardan itməzdən əvvəl gün ərzində 2 uçuş yerinə yetirib və heç bir texniki nasazlıq olmayıb. Pilot isə 40 illik uçuş təcrübəsinə malik olub. Bununla belə, səhər saatlarında havanın buludlu olduğu bildirilir.
Türkiyə ilə Yunanıstanın arasında Siyasi Dialoq görüşlərinin beşinci toplantısı baş tutub
Bessent: Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi üçün qanuna ehtiyacı yoxdur
Baş nazirin müavini: Ukraynaya ordunun saxlanılması 10 ildə 700 milyard dollara başa gələ bilər