21 yanvar 2026 20:14
114

Beynəlxalq hüquq normlarının zəifliyi və Azərbaycanın mövqeyi

20 yanvar 2026-cı ildə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Euronews” televiziyasına geniş müsahibə vermişdir. Bu müsahibədə Prezident regional və qlobal problemlər, beynəlxalq hüquq normlarının vəziyyəti, Azərbaycanın suverenliyi və təhlükəsizliyi kimi mövzular ətrafında fikirlərini açıq şəkildə ifadə etmişdir.

Müsahibənin əsas mövzularından biri beynəlxalq hüquq normlarının müasir dünyadakı vəziyyəti olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, “beynəlxalq hüquq normları artıq bütün beynəlxalq icma aktorları üçün mütləq deyil”. O, Azərbaycanın bu vəziyyətdən çıxardığı nəticələri vurğulayaraq, ölkənin strateji hədəfinin milli maraqlara əsaslanan nəticələr əldə etmək olduğunu bildirib. “Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, amma özümüzün doğru hesab etdiyimizi edirik”, deyərək Prezident Azərbaycanın siyasi inkişafı və ərazi bütövlüyünün bərpası proseslərinin beynəlxalq hüquq və ümumi dəyərlərlə uyğun olduğunu qeyd etmişdir.

Müasir beynəlxalq münasibətlərin yeni dövrə girdiğini vurğulayan İlham Əliyev, bu dövrdə “hüquq hakimiyyəti deyil, güc qaydası” üstünlük təşkil etdiyini bildirmişdir. O, bunun müxtəlif bölgələrdə göründüyünü və hər ölkənin öz öhdəliklərini yerinə yetirməsi lazım olduğunu bildirib. Azərbaycanın bu yeni reallıqda öz mövqeyini möhkəmləndirməsi, xüsusilə Qarabağda suverenliyin bərpası ilə bağlı nailiyyətlərlə əlaqələndirib. Prezident qeyd edib ki, Azərbaycan müstəqillik tarixində heç vaxt sülh içində yaşamamış, lakin indi bu sülh və sabitlik fürsətindən istifadə edir.

Müsahibədə regional sabitlik məsələləri də önə çıxmışdır. Prezident Cənubi Qafqazda, xüsusilə İranla bağlı vəziyyətdən narahatlıq bildirmiş və regionda sabitlik və sülhün ən böyük aktiv olduğunu vurğulamışdır. “Biz regionda sabitlik istəyirik və hər ölkənin buna töhfə verməsini ümid edirik”, deyərək İlham Əliyev Cənubi Qafqaz və ətrafında vəziyyətin pisləşməməsi lazım olduğunu qeyd etmişdir.

Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri