22 yanvar 2026 01:49
97

ABŞ İrana qarşı güc tətbiq edə bilər

Tehran nüvə proqramını davam etdirərsə, ABŞ yenidən İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "CNBC" televiziya şirkətinə müsahibəsində bildirib.

"(ABŞ-ın) İrana hücumu... Bunu etsələr, bu, yenidən baş verəcək. Nüvə (inkişafını) dayandırmalıdırlar. Onlar nüvə (proqramları) ilə bağlı təcrübələrə davam edirlər", - deyə o bildirib.