22 yanvar 2026 11:22
87

ABŞ Danimarkanı “Sülh Şurası”na dəvət etməyib

ABŞ prezidenti Donald Tramp Qəzza sektorunun idarə olunması üzrə yaradılan “Sülh Şurası”nda iştirak üçün Danimarkanı dəvət etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri adının açıqlanmasını istəməyən danimarkalı diplomatın məlumatına istinadla xəbər verir.

“Sülh Şurası”nın yaradıldığını Donald Tramp yanvarın 16-da elan edib. Eyni zamanda, amerikalı diplomatlara bildirilib ki, “Sülh Şurası” Birləşmiş Millətlər Təşkilatını əvəz etməyəcək.

Financial Times yazır ki, Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti şurada iştirakla bağlı dəvəti rədd edib. Rusiyanın isə hələlik dəvəti qəbul edib-etməmək məsələsini nəzərdən keçirdiyi bildirilir.