22 yanvar 2026 11:48
86

Uitkoff: Ukraynada gömrüksüz zona yaradıla bilər

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukraynada gömrüksüz zonanın yaradılmasının mümkünlüyünü bəyan edib. Onun sözlərinə görə, bu addım ölkə üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Tramp Ukraynada gömrüksüz zonanın yaradılması barədə danışıb və mənim fikrimcə, bu, həlledici bir addım ola bilər", - deyə Uitkoff bildirib.

O, əlavə edib ki, belə bir qərar qəbul olunacağı təqdirdə, istehsal müəssisələrinin bu regiona genişmiqyaslı köçürülməsini gözləmək mümkün olar.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna üzrə danışıqları davam etdirmək üçün Moskvaya səfər edəcəklər.