22 yanvar 2026 11:52
92

Tramp artıq yayda Qətərin hədiyyə etdiyi "Boeing" təyyarəsi ilə uçacaq

ABŞ prezidentinin yeni rəsmi təyyarəsi olan Boeing 747 yaxın bir neçə ay ərzində ABŞ-a çatdırılmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına istinadla xəbər verir. Qətər tərəfindən Donald Trampa hədiyyə edilən təyyarənin ən gec 2026-cı ilin yayına qədər təhvil verilməsi planlaşdırılır.

Dəqiq tarix hələ açıqlanmasa da, The Wall Street Journal yazır ki, təyyarə “ölkənin 250 illiyinə həsr olunmuş iyul tədbirlərində” ABŞ-da olacaq.

Qətər kral ailəsi Donald Trampa bu təyyarəni ötən ilin may ayında hədiyyə edib. Qətər layneri Pentaqona “əvəzsiz hədiyyə” kimi təqdim edib, bundan sonra isə ABŞ Hərbi Hava Qüvvələri onun prezident daşımaları üçün nəzərdə tutulan bütün tələblərə cavab verməsi məqsədilə modernləşdirmə işləri aparmalı idi.

The Washington Postun yazdığına görə, bu yenidənqurma işləri “milyardlarla dollara” başa gələ bilər.