Oktyabrda Türkiyənin xam neft idxalı ötən ilin müvafiq ayı ilə müqayisədə 5,3 faiz azalaraq 2 milyon 166 min 526 ton olub.
AZƏRTAC Türkiyə Statistika İdarəsinə (TÜİK) istinadla xəbər verir ki, ötən ay Türkiyənin ümumi enerji idxalı isə 16,9 faiz azalaraq 2 milyard 338 milyon 891 min dollara geriləyib. Keçən ilin oktyabrda ölkəyə 2 milyard 814 milyon 804 min dollarlıq enerji idxalı edilmişdi.