ABŞ noyabr ayında gündəlik orta hesabla 7,4 milyard kubmetr qaz ixrac edib, idxal isə gündəlik 7 milyard kubmetr təşkil edib. Bununla da, ABŞ ilk dəfə təbii qaz ixracatçısına çevrilib.
AZƏRTAC “Wall Street Journal”a istinadla xəbər verir ki, ABŞ-ın təbii qaz ixracı 2010-cu ildən bu vaxtadək 50 faiz artım göstərib.
Proqnozlara görə, ABŞ 2020-ci ildə dünyanın ən böyük üçüncü təbii qaz ixracatçısı olacaq.
Təxminən bir il əvvəl isə ABŞ-ın xam neft ixracına qarşı sanksiyalar ləğv edilmişdi. Belə ki, ABŞ-ın beynəlxalq xam neft ixracında 50 illik məhdudiyyət var idi.