30 noyabr 2016 20:19
244

“Darvin bankası” yatağındakı 600 saylı özül əsaslı təmir edilib

SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

"İki sahil"in məlumatına görə, təhlükəsiz əmək şəraitinin, eləcə də texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 600 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilmişdir. Təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilmişdir. Özülün 1778 kvadratmetrlik hissəsi əsaslı təmir edilmiş, 40 ədəd möhkəmləndirici svay vurulmuş, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılmış, 6 ədəd minik yanalma meydançası hazırlanmışdır. Qeyd edək ki, meydançada aparılmış təmir işlərindən sonra Dövlət qəbul komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilmişdir.