Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin enerji nazirləri neft hasilatının azaldılması məsələsində həmfikirdirlər.
AZƏRTAC xəbər verir ki, bunu İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi Vyanada jurnalistlərə müsahibəsində deyib.
İraqlı nazir qarşıdakı altı ay ərzində həyata keçiriləcək istehsalın azaldılmasını izləmək üçün komitənin yaradılacağını qeyd edib. O, neft hasilatının azaldılması nəticəsində qiymətin 55 dollar/barreli ötəcəyini deyib.
Cabbar Əli əl-Layibi İraqın neft hasilatını azaltmağa hazır olduğunu, lakin istehsal miqdarının nə qədər olacağına qərar verilmədiyini bildirib.
Əlcəzairin enerji naziri Nurəddin Butarfe isə ölkəsinin neft hasilatını azaltmağa hazır olduğunu deyib.