İndoneziyanın Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzvlüyü dondurulub.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə noyabrın 30-da Vyanada keçirilən OPEC-in Nazirlər Şurasının 171-ci iclasında qərar qəbul edilib. İndoneziyanın neft hasilatı kvotası kartelin digər üzvləri arasında bölüşdürülüb.