01 dekabr 2016 22:35
271

Ceyhan limanından neçə ton xam neft ixrac edilib?

SOCAR 2016-cı ilin noyabr ayında Novorossiysk limanından 159 min 712 ton, Supsa limanından 91 min 616 ton, Ceyhan limanından 1 milyon 501 min 807 ton xam neft ixrac etmişdir.

Ümümilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 137 min 953 ton, Supsa limanından 2 milyon 212 min 888 ton, Ceyhan limanından 15 milyon 494 min 20 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilmişdir.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.