06 fevral 2026 11:11
120

Bu mükafat Azərbaycan dövlətçiliyinə verilən mükafatdır

Xeyirxahlıq da, bəşər naminə xeyirli düşüncələr də, xeyirli fəaliyyət də böyük səmimiyyətlə dəyərləndirilir. Dünyanın sabahları naminə hər söz də dünyəvi mahiyyətlidi, hər təşəbbüs də, hər görülən iş də. İkitərəfli və çoxtərəfli əlaqələr dövlətləri bir-birinə daha da yaxınlaşdırır. Bu proses bə­şəri prosesdir. Son illərdə belə münasibətlər mahiyyət baxımından dünyanın dincliyinə yönəl­di­lib. Bəşəri bir dövlət olan Azərbaycan da bu prosesin icraçıları sırasındadır...

Azərbaycan nüfuzlu bir dövlət kimi əksər bəşəri tədbirlərə dəvət olunur. Bu dəvət etibardır, etimaddır, inamdır, güvəncdir...

Fevralın 4-də Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi də bu siyasi dərkin təsdiqi oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. İnsan və qardaşlıq ifadələri tədbirin nə qədər dünyəvi olduğunun, nə qədər bəşəri ol­duğunun göstəricisidir. Belə bir tədbirdə iştirak da Azərbaycana ehtiramın təzahürü idi. Təd­birdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edildi. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxı­şında Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməyin böyük şərəf olduğunu, bu sülhün təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb etdiyini xatırladan dövlət başçımız dedi ki, “Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqa­mə­tində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanla­dıq­ları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq”.

Ərazi iddiasına görə Ermınistan Azərbaycana qarşı elan etmədən işğalçılıq müharibəsinə baş­ladı, Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Azərbaycan ədalətli müharibə ilə torpaqlarını işğaldan qurtardı, ərazi bütövlüyünü tam təmin etdi.

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Ame­rika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirən dövlət başçımız uzunmüddətli münaqişədən, əzablardan, qarşılıqlı etimadsızlıqdan sonra sülhün mümkünlüyü amilini də xatırladaraq dedi: “Bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzab­lara və qarşılıqlı eti­mad­sızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi ira­də mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstək­lən­diyi hal­da, sülh müm­kündür. Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edə­cə­yim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan ara­sında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəs­miləş­di­ril­mişdir. Bugünkü simvolizm havada hiss olunur. Bizi bu nüfuzlu mükafata layiq görən­lərə, həm­çinin sül­hün əldə olunmasında əməyi keçən bütün şəxslərə bir daha dərin minnətdarlığımı bil­dir­mək is­tə­yi­rəm”...

Bu sülh regionun sülhüdür, bu sülh dünyaya gərəkli sülhdür. Sülh naminə hər təşəbbüs, hər tədbir, belə tədbirlərdə iştirak bəşəriyyətə xidmət deməkdir. Azərbaycan belə dövlətələrdəndir. İkitərəfli və çoxtərəfli münasibətlər sistemində böyük nüfuza malik olan Azərbaycan bəşəri müna­si­bətləri böyük məsuliyyətlə yaşadır...

Əbu-Dabidə Dövlət başçımıza verilən “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan döv­lət­çiliyinə verilən mükafatdır...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı