02 dekabr 2016 21:09
281

“Səadan” yatağında yeni quyu istismara verilib

“Səadan” yatağında 1818 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.“Azneft” İB “Siyəzənneft” NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop Lay Dəstəsinə qazılmış quyu dərinlik nasosu üsulu ilə məhsul vermiş, 1300-625 metr intervaldan sutkalıq 4 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.