Dekabrın 2-də SOCAR-ın Baş ofisində Ekologiya İdarəsinin təşkilatçılığı ilə “Texnoloji proseslərdə enerji səmərəliliyinin yüksəldilməsi üçün görülən tədbirlərin qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə “SOCAR-ın iqlim dəyişmələrinə təsirin azaldılması Strategiyası”nın icrası ilə əlaqədar yerinə yetirilmiş işlər müzakirə edilmiş, dəyişikliklər qiymətləndirilmiş, müsbət dinamika qeyd olunmuşdur. SOCAR-ın qurumları tərəfindən yerinə yetirilmiş layihələr haqqında təqdimatlar dinlənilmiş, iştirakçılar öz təcrübələrindən danışmış, layihə ideyaları və həyata keçirilmə şərtləri haqqında məlumat vermişlər. Seminarda uyğun layihələrin digər istehsalat obyektlərində tətbiqinin mümkünlüyü müzakirə edilmişdir.
SOCAR-ın istehsalat birliklərinin, emal müəssisələrinin, qaz nəqli sahəsinin, həmçinin əməliyyat şirkətləri və birgə müəssisələrinin mütəxəssisləri seminarda iştirak etmişlər.