Müvəqqəti saxlama çənlərinin nasoslarında yaranan yanğın nəticəsində neft hasilatı dayandırılıb.
“WPX Energy” Oklahoma ştatında müvəqqəti saxlama çənlərinin nasoslarında yanğın hadisəsinin baş verdiyini elan edib.
“İki sahil” kob.com saytına istinadən xəbər verir ki , qəfil 4 çəndə yaranan yanğın tezliklə bütün əraziyə yayılıb. Şirkət yanğından dərhal sonra boru kəməri vasitəsi ilə neftin nəql edilməsi dayandırıldığını və Naqeezi əyalətinin cənubundakı 6 quyuda hasilat işlərinin saxlanıldığını elan edib. “WPX Energy” həmçinin şirkətin yeni avandanlıqlarla nə vaxt təchiz olunacağının hələ məlum olmadığını da qeyd edib.