Bu ilin yanvar-noyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin (İB) operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim edilən 358 çoxmərtəbəli binaya təbii qazın verilməsi təmin olunub.
Həmin binalar ümumilikdə, 12 min 356 mənzili əhatə edir. Birlik təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə təbii qazın verilməsinin təmin olunmasında maraqlıdır.