07 dekabr 2016 18:59
172

ABŞ neftin qiyməti üzrə proqnozunu artırıb

2017-ci ildə “Brent” markalı neftin orta qiymətinin 51,66 dollar/barrel, “Layt” markalı neftin orta qiymətinin isə 50,66 dollar/barrel olacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir. Bildirilir ki, gələn il üçün neftin qiyməti üzrə proqnozlar artırılıb. Belə ki, EIA “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu 50,91 dollardan 51,66 dollara, “Layt” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu isə 49,91 dollardan 50,66 dollara artırıb.