07 dekabr 2016 20:51
459

SOCAR-ın 2016-cı ilin noyabr ayı üzrə ödənişləri açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin noyabr ayında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödənilmişdir.

“İki sahil”in məlumatına görə, ümumiyyətlə, cari ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 266 milyon 365 min manat vəsait ödənilmişdir.

Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 381 min manat vəsait köçürmüşdür. Qeyd edək ki, bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 milyon 192 min manat və ya 110,7 faiz çox olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 131 milyon 751 min manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 milyon 141 min manat və ya 104,1 faiz çox olmuşdur.